EN

Penitensiar Xidmətinin sabiq vəzifəli şəxsi cərimələndi - Dustağa telefon aparıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının rejim-nəzarət şöbəsində nəzarətçisi saxlanılıb. 

Ölkə.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, sözügedən vəzifədə çalışmış 1996-cı ildə Bakı şəhərində anadan olmuş Y.Niyaməddin barəsində Cinayət Məcəlləsinin 308.1 və 317- 1.2-ci maddələri ilə cinayət işi açılıb. İşə məhkəmədə baxılıb.

Məlum olub ki, Niyaməddin mobil telefon və elektrik qidalandırıcını (şarj aləti) ayağındakı ayaqqabının içərisində gizlətməklı təcridxanaya keçirib. O, həmin əşyaları 9 il həbs cəzası almış Kənan adlı dustağa verib. 

2019-cu ildən ədliyyə orqanlarında qulluğa qəbul olmuş və həmin tarixdən Bakı İstintaq Təcridxanasının rejim-nəzarət şöbəsində nəzarətçi vəzifəsinə təyin olunmuş Niyaməddin sözügedən əşyaları Elvin adlı qonşusunun xahişi ilə Kənana çatdırıb. 

İşin üstü açıldıqdan sonra Niyaməddin vəzifəsindən kənarlaşdırılıb və barəsində cinayət işi açılıb. 

Məhkəmənin qərarı ilə Niyaməddin 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 manat miqdarında cərimə cəzası təyin edilib. 
 

Chosen
2
31
olke.az

10Sources