Dortmund "Borussiya"sında baş məşqçi vəzifəsinə əsas namizədi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Klub rəhbərliyi komandanı "Bavariya"nın keçmiş baş məşqçisi Niko Kovaça tapşırmaq istəyir.

“Borussiya”nın baş məşqçi vəzifəsinə bir neçə namizəd var. Lakin klubun idman bloku Kovaç seçiminə üstünlük verir. Dortmund təmsilçisinin rəhbərliyi xorvatiyalı məşqçi ilə danışıqlar aparmaq üçün Zalsburqa gəlib. Klub Kovaçın təyinatını ən qısa zamanda yekunlaşdırmaq istəyir.

Niko Kovaç son iş yeri "Volfsburq" olub. Bundan əvvəl o, "Monako", "Bavariya" və "Ayntraxt"ı çalışdırıb. 

Qeyd edək ki, "Borussiya" ötən həftə türk mütəxəssis Nuri Şahini baş məşqçi vəzifəsindən istefaya göndərib.