EN

İndiyədək hər hansısa qanun pozuntusu halına rast gəlinməyib – Məntəqə sədri

Səhər saatlarından etibarən seçici fəallığı müşahidə olunur.

Olaylar.az xəbər verir ki, bunu Trend-ə 16 saylı Yasamal İkinci Seçki Dairəsinin 20 saylı məntəqəsinin sədri Münəvvər Yusubova deyib.

Onun sözlərinə görə, məntəqə üzrə indiyədək 160 nəfər öz səsvermə hüququndan istifadə edib: "1 363 nəfər məntəqə qeydiyyatındadır. Hazırda 160 nəfər öz səsvermə hüququndan istiafə edib. Yəni, səhər saatlarından etibarən seçici fəallığı müşahidə olunur. İndiyədək hər hansısa bir qanun pozuntusu halına rast gəlinməyib".

"Məntəqədə səsvermə üçün hər bir şərait yaradılıb .Məntəqə sədri və üzvləri kimi öz üzərimizə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirmişik. Bu gün seçicilərimizin günüdür. İndiyədək seçici aktivliyi müşahidə olunur. Güman edirəm ki, seçicilər layiqli naimzədlərini seçəcəklər", - deyə o qeyd edib.

Qeyd edək ki, saat 12:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 020 231 seçici səsvermə hüququndan istifadə edib. Seçici fəallığı 17,11 faiz olub.

Xatırladaq ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Səsvermə prosesi saat 19:00-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
11
4
olaylar.az

10Sources