İsrail ABŞ-nin Suriyadan qoşunlarını çıxarmaq niyyətindən ciddi narahatdır.
Bu barədə “Kan” dövlət teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, Ağ Evin rəsmiləri İsrail nümayəndələrinə ABŞ Prezidenti Donald Trampın Suriya ərazisində olan minlərlə Amerika əsgərinin çıxarılmasında maraqlı olduğunu bildiriblər. “Kan” qeyd edir ki, bu addım xüsusilə “Suriyadakı kürd azlığına təsir edəcək”.