EN

BMT: Gürcüstanda qanunsuz həbs edilənlər azad edilməlidir

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisi Gürcüstanda baş verən hüquq pozuntuları ilə bağlı bəyanat yayıb. 

News365.az "İnterPress.ge"yə istinadən xəbər verir ki, hesabat müstəqil ekspertlər tərəfindən hazırlanıb. 

Hesabatda bildirilib ki, Gürcüstanda təhlükəsizlik qüvvələri və kimlikləri müəyyən olmayan şəxslər tərəfindən sülh yolu ilə keçirilən etiraz aksiyalarında iştirak edənlərə, insan hüquqları müdafiəçilərinə və jurnalistlərə qarşı fiziki zorakılıq, təhdid, hədə-qorxu və intiqam alma halları müşahidə olunub. 

Müstəqil ekspertlərə görə, etirazçılara və sonradan həbs edilən şəxslərə qarşı tətbiq edilən zorakılıq halları işgəncə kimi qiymətləndirilə bilər. 

Chosen
4
news365.az

1Sources