EN

Nəsimi rayonunda seçki məntəqəsində jurnalistin işini yerinə yetirməsinə imkan verməyib

Yanvarın 29-da 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 26 saylı seçki məntəqəsində müstəqil reportyorun çəkiliş aparmasına imkan verilməyib.

Reportyor Nurlan Qəhrəmanlı Turan-a bildirib ki, məntəqə üzvləri əvvəl onun vəsiqəsini bəhanə edərək ona məntəqədə çəkiliş etməyə imkan vermədilər: "Dedilər ki, jurnalist vəsiqəmin müddəti bitib. Halbuki, bu, belə deyil. Sonra polis çağıracaqlarını deyiblər. Mən məntəqədən çıxmaq istəyəndə ona da imkan vermirdilər. Axırda məntəqədən çıxa bildim".

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən Turan-a reportyora təzyiq göstərilməsi ilə bağlı iddianı təkzib ediblər.

Chosen
20
36
turan.az

10Sources