EN

Politoloq: "Bələdiyyələr insanların öz ərazilərini inkişaf etdirməsinə, müasirləşdirməsinə fayda verir"

"Ölkədə artıq bələdiyyə məfkurəsi formalaşır. Bu o demək deyil ki, proses başlayıb və sona yetib. Bələdiyyə şüuru yerli idarəetmə sisteminin formalaşmasını, insanların qəlbinə yol tapmağı özünə vəzifə bilir. Bu da demokratiyanın bir qoludur çünki insanlar ilk növbədə çalışırlar ki, öz yaşadıqları yerlərdə proseslərin təmin olunmasında iştirak etsinlər. Bələdiyyə seçkiləri o deməkdir ki, insanlar öz kiçik vətənlərinin qayğısında olurlar, inkişafı, müasirləşməsi, abadlaşması üçün öz fikirlərini irəli sürürlər".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, bələdiyyə seçkilərində gərək yeri idaretmə sisteminə yaxın olan, özəlliklərini bilən insanlar iştirak etsinlər:

"Bütün seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də seçicilər ən ideal namizədi seçirlər. Bu ona görə lazımdır ki, həmin ərazilərdə məskən salan  insanlar hamılıqla səs versinlər. Bu İslam məfkurəsindən də irəli gələn sistemdir. İnsanları yaşadığı yerlərdə qayğılar birləşdirirsə, onlar bunu gərək birgəhəll müzakirə etsinlər. Bələdiyyələr balaca hökumət, qanunverici orqan, idarəetmə strukturu sayılır. 

Hər yerdə olduğu kimi ictimai fikrin liderləri, təsərrüfat işlərini yaxşı bilənlər, mənzil-təsərrüfat proseslərinə bələd olanlar gərək hər zaman göz önündə olsunlar. Vətən həmişə evin astanasından, qonşuluqdan başlayır. Bələdiyyə seçkilərində də insanlar elə hədədə köklənirlər ki, insanlar ünsiyyətdə olsunlar, məşvərət keçirərək seçdikləri şəxslə innovativ proqramları həyata keçirsinlər. Burada müxtəlif səpgilər var: ekoloji məsələlər, yaşıllaşdırma işləri, su ilə təmin olunma, insanların asudə vaxt keçirməsi və s".

Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyətində bir çox məsələlərin həlli dayanır, insanların həyatında dəyişikliklərin baş verməsi şərtləndirir:

"Parlament seçkilərində bütün ölkəni xalqın doğma məkanı kimi təsəvvür ediriksə, bələdiyyə seçkilərində məhəllə, rayon kimi daha yığcam ərazilər götürülür. Bələdiyyələrin müvafiq məfkurlərin yaranmasında böyül rolu var. Hələ də insanlar sual verir ki, seçkilər onlara nə verəcək?
 
Ümumiyyətlə, qanunvericilikdə olan müddəaları gözdən keçirmək lazımdır ki, hər kəsin xəbəri olsun. İnsanlar bunları bilməli, kütləvi şəkildə yox, şüurlu şəkildə səs verməlidir. Nəticədə yaşadıqları ərazinin inkişafına öz töhfələrini vermiş olacaqlar". 


Əfsanə Kamal
Demokrat.az
Chosen
15
demokrat.az

1Sources