EN

Cənubi Sudanda təyyarə qəzası nəticəsində 18 nəfər ölüb

Bakı, 29 yanvar, AZƏRTAC

Cənubi Sudanda təyyarə qəzası nəticəsində 18 nəfər ölüb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, təyyarədə ekipaj üzvləri də daxil olmaqla 21 nəfər olub.

Sudanın informasiya və rabitə naziri Bipal mətbuata verdiyi açıqlamada bildirib ki, təyyarə bölgədəki hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Hava gəmisi paytaxt Cubaya uçmalı idi.

Qeyd edək ki, ölənlər arasında pilot və köməkçisi də var.

Chosen
8
16
azertag.az

10Sources