1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin Miçiqan ştatının Qrand-Rapids şəhərində ağlasığmaz faciə hər kəsi sarsıdıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "ABC News" nəşri məlumat verib.
Məlumata görə, yerli sakin - 46 yaşlı qadın öz evini qəsdən yandırmaqda ittiham olunur, nəticədə onun 12 yaşlı qızı həlak olub. Qız yataq otağını bürüyən alov tələsindən çıxa bilməyib və həyatını itirib.
Polisin məlumatına görə, ana cinayəti soyuqqanlılıqla planlaşdırıb. Evi yandırmazdan əvvəl o, tüstü detektorlarını çıxarıb və evin hər yerinə alışqan uçun olan mayedən töküb.
"Bu, bir ananın üç övladına qarşı törətdiyi dəhşətli dərəcədə qəddar, ağlasığmaz cinayətdir", - deyə polis rəisi Erik Uinstrom bildirib.
Qadının 7 və 10 yaşlarında olan digər iki uşağı isə möcüzə nəticəsində yanğından xilas olublar. Hadisə yerinə gələn yanğınsöndürənlər yanan evdən gələn kömək çığırtılarını eşidiblər. Yanğınsöndürmə xidmətinin rəisi Bred Braun bunu göz yaşları içində ifadə edib.
"Biz bu qışqırıqları həyatımızın sonuna qədər xatırlayacağıq", - deyə o, kədərini dilə gətirib.
Prokuror Kris Bekker bu dəhşətli hərəkətə qadının psixi pozğunluğunun səbəb ola biləcəyini ehtimal edir.