EN

“Gənclərin xarici ölkələrdə təhsil alması”proqramının maliyyəsi 1,9 dəfə artırıldı - 500 yer ayrılıb

2025-ci ildə Dövlət Neft Fondundan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na vəsait 90,8 mln. manat vəsait ayrılması proqnozlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu 2023-cü il icrasından 56,4 mln. manat və ya 164,3%, 2024-cü ilin təsdiq və gözlənilən icra göstəricisindən isə 43,3 mln. manat və ya 91,3% çoxdur. Artımın əsas səbəbləri arasında proqramdan istifadə edən gənclərin sayının və hər bir tələbə üçün nəzərdə tutulan xərclərin artması göstərilir.

Proqram çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələrində Azərbaycan gənclərinin təhsilini təmin etmək üçün imkanlar yaradılıb. Proqramın 15 prioritet ixtisas sahəsi arasında informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı kimi sahələr mövcuddur.

2025-ci ildə ümumilikdə 500 yer ayrılıb, bunlardan 427-si magistratura, 352-si bakalavr və 100-ü doktorantura üzrə təhsil alacaq tələbələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.. Tələbə başına orta illik xərc isə müvafiq olaraq 125,000 manat (magistratura), 85,000 manat (bakalavr) və 75,000 manat (doktorantura) olaraq müəyyən edilib.


Müəllif: Fatimə Bağırova
Chosen
2
39
teleqraf.com

10Sources