"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin son - 8-ci turunun "Olimpiakos"la matçı üçün Yunanıstana yola düşüb.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi Pireyə çarter reysi ilə yollanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu gün yerli vaxtla saat 19:40-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq. Saat 20:00-da isə komanda açıq məşqə çıxacaq.
Qeyd edək ki, yanvarın 30-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.