Cənubi Koreyanın Gimhae hava limanında sərnişin təyyarəsində baş verən yanğında yaralananların sayının 7-yə yüksəldiyi bildirilir."Yonhap"ın məlumatına görə, ötən gün Busan hava limanından Honq-Konqa uçan "Air Busan" təyyarəsinin quyruq hissəsində yanğın baş verib.Səlahiyyətlilər yanğında yaralananların sayının 7-yə yüksəldiyini açıqlayıb. Yaralılardan 4-nün tüstüdən təsirlənən personal, digər 3-nün isə bel ağrılarından şikayətçi sərnişinlər olduğu bildirilib.Digər tərəfdən, Cənubi Koreyanın prezidenti səlahiyyətlərini icra edən baş nazirin müavini və maliyyə naziri Çoi Sanq-mok səlahiyyətlilərə insidentin araşdırılmasını tapşırıb.Yanğınsöndürmə rəsmiləri bildiriblər ki, yanğın nəticəsində təyyarədə olan 169 sərnişin və 7 heyət üzvü təxliyə edilib.