EN

“Ermənistanın Aİ-yə daxil olması onun Aİİ-dən çıxmasına səbəb olacaq” - Rusiya Baş nazirinin müavini

“İrəvan bilir ki, Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması onun Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasına və bu ölkə üçün Aİİ bazarının bağlanmasına gətirib çıxaracaq”. 

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

O bildirib ki, Avropa İttifaqı ilə bazarların açılması Avrasiya İqtisadi İttifaqı ilə bazarların bağlanması deməkdir, əks halda Avrasiya İqtisadi İttifaqındakı istehsalçılarımız zərər görəcək.

Overçuk Ermənistanın Aİ-yə daxil olması prosesinin uzun sürəcəyini qeyd edib və Ermənistan parlamentində bu məsələ ilə bağlı dinləmələrin nəticələrini gözləməyə çağırıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
6
6
missiya.az

10Sources