EN

Aleks de Souzadan etiraf: Maaşımızı vermirdilər

Son olaraq "Antalyaspor"un məşqçisi olan Aleks de Souza Braziliya mətbuatına diqqət çəkən açıqlamalar verib.

News24.az xəbər verir ki, Um Dois Esportes-ə danışan Aleks Antalyaspor günlərindən danışaraq, "Hər gün elə vəziyyətlər olurdu ki, kimsə mənə desə, ona yalançı deyirdim" deyib.

Aleksin açıqlamaları belədir:

"Razılaşdığımız hədəf Türkiyə Kubokunun ilk mərhələlərində irəliləmək, eləcə də komandanı liqa cədvəlində 10-14-cü yerlər arasında aşağı liqa zonasından uzaqlaşdırmaq idi. Bu, mənim üçün ən böyük qələbədir. May ayında Antalyaspor ilə razılaşdığım şeyə nail oldum və bunu onlar üzərinə düşəni etmədən etdim. Müqavilənin bir hissəsi olan ilk maaşımızı birinci həftədə aldıq. Sonra isə maaş ala bilmədik".

Günel Məlikzadə


Chosen
7
29
news24.az

10Sources