EN

Çexiyada Atatürk xatirəsi | Az adamın bildiyi tarixi bina | Sabir Rüstəmxanlı söhbətləri - VİDEO


Karlovı Varının Marianskalazinska adlı baş küçəsində yerləşən Karlsbad Plazanın divarındakı balaca lövhə birdən-birə bu yad istirahət-müalicə şəhərciyini də, qaldığımız oteli də doğmalaşdırdı. Lövhədə yazılıb: “Türkiyə Respublikasının qurucusu Kamal Atatürk 1918-ci ildə burada yaşayıb.” Bundan sonra bu oteldə məşhur qonaqların necə xatırlandığı ilə maraqlandım. Karlsbad Plazanın Şərəf guşəsində burada istirahət etmiş bir sıra tanınmış şəxsiyyətlərin şəkilləri, kitabları nümayiş etdirilir. Mərkəz bölümlərin birində isə Mustafa Kamalın nəfis şəkildə nəşr edilmiş türkcə “Nütük” kitabı, ingiliscə bircildliyi və onların arasında tarixçi alim Afət İnanın “M.Kemal Atatürkün Karlsbad hatireleri” adlı araşdırma əsəri var. Tarıxçı xanım Atatürkün Karlsbadda altı dəftərdə türkcə, fransızca yazdığı qeydləri oxuculara təqdim edir. Kitab Atatürkün həyat tərzi, düşüncələri, keçirdiyi görüşlər barədə maraqlı məlumat verir.


Savaşlardan vaxt tapan kimi müalicəyə gələn 37-yaşlı generalın burada rastlaşdığı köhnə tanışları və müalicə həkimi ilə söhbətləri, cəbhə xatirələri də Atatürkü daha yaxından tanıdır.


Birdən-birə, su içdiyim 6-cı bulağın yolları qısaldı. O da bu bulaqdan su içirmiş.

Həmin illərin Avropasındakı durumu təsəvvür etmək üçün onun həkimlə söhbətləri maraqlıdır. Otelə qəbul zamanı həkim ondan soruşur “Özünüzlə un gətirmisiniz?” Atatürk “Xeyir!” deyir. Həkim “ O zaman burada çörək bulamayacaqsınız. Burada hökumət çörəyi yalnız yerlilərə çatdıra bilir” Cavabında Atatürk “ O zaman sabah mən ölkəmə qayıdım və bizdə də əcnəbilərə çörək verilməsini dayandırılsın..“ Sonra əlavə edir. “Mənim vətənimdə yerlilərdən öncə əcnəbilər doyuzdurulur”.

Savaşlardan yenicə ayrılmış Qazi hər gün kitab oxuyur, ölkəsinin gələcəyi ilə bağlı planlarını yazır.


Bunla belə fransızcasını və almancasını təkmilləşdirmək istəyir. Lakin fransız müəlliçəsi ona “Sizin Fransızcanız gözəldir, ləhcəniz mükəmməldir, bilmədiyini kəlmələr varsa lüğətdən öyrənə bilərsiz”.-deyir Buna baxmayaraq Karlsbadda qaldığı günlərdə Atatürk fransızca məşqələlərini davam etdirir, gündəliklərinin bir sıra səhifələrini fransızca yazır, eyni zamanda fransız dilli müəlliməsi ona ətraf bölgəni tanıtdırır, onu bəzi sənaye müəssisələrinə, o cümlədən çini qablar zavoduna aparır.

Çexiya getdiyi ilk günlərdə almanca sərbəst danışa bilməməsi onu əsəbləşdirmişdir; alman dili müəllimi tapmış və bir ay ərzində həm də alman dilini təkmilləşdirmişdir.

Dahi Atatarkün gündəliyində, Ənvər Paşa haqqında da bir neçə qısa qeyd vardır. O, yazır: “Ənvər Paşa “Təşkilat-i məxsusa” namı altında bir təşkilat vücuda gətirilmişdir. Bunun qayəsi Məmalik–i Osmaniyə xaricində, Makedoniyada, Kafkaziyada, Misirdə, Afrikada, Acemistanda, Türküstanda...məkasid-i xüsusiyyə təşkil etməkdi...”


Gündəlikdən belə görünür ki, Atatürk hər hansı işdə məqsədin aydın olmasının tərəfdarıdır. Bu, onun həkimlə söhbətlərindən də görünür. Bu söhbət zamanı savaşda cəsarətin önəmli rol oynadığına toxunulur. Atatürk bildirir ki, cəsarət dəyişməyən bir hal deyil. Öz cəbhə təcrübəmdən bilirəm ki, bir məqamda ürkək görünən əsgər başqa bir yerdə cəsur ola bilir. Mən daim əsgərin əhval-ruhiyyəsinə baxmışam, bəzən geri çəkilib özümü düşmənə məğlub kimi göstərib, sonra qəfil hücumla qələbəyə nail olmuşam.


Atatürk Karlsbadda olduğu günlərdə Türkiyədən gəlmiş köhnə hərbiçi yoldaşları ona Osmanlı Sultanının ölüm xəbərini gətirirlər. Bu barədə Atatürk yazır : “Nə ölən padişaha acıdığımdan və nə də yeni padişahın ömrünün uzun və ya qısa olacağına mütəhəssir deyildim. Təəssüf etdiyim əlbət İstanbulda olmamağımdır. Filhakika padişahın düşməsi bir məmləkət və millət üçün pək böyük bir hadisədir.”


Görüşdüyü adamların və dərs aldığı müəllimlərin ona Türk ordusunun Şimali Afrikada və Balkanlarda üzləşdiyi məğlubiyyətlərlə bağlı verdikləri suallara da Atatürkün cavabları türk ruhunun gücünü görmək baxımından ibrətamizdir.


Atatürk, 9 iyun 1918-ci ildə Ramazan bayramının 1-ci günündə Türkiyədən xeyli aralıda olsa da öz vətəninin gələcəyini düşünür...


Türklük məsələsi və Osmanlı dövlətinin gələcəyi hər yerdə onun əsas qayğısı olmuşdur. .


Atatürkün dahiliyi bir aylıq gündəliklərindən də görünür...


Sabir Rüstəmxanlı

20.01.2025




Chosen
5
bakupost.az

1Sources