2024-cü ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 224,142 milyon barel neft nəql edilib.
“Report” Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,669 milyon barel və ya 2,04 % azdır.
Ötən ilin dekabr ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 20,081 milyon barel neft nəql edilib. Bu, daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 642 min barel və ya 3,3 % çoxdur.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.