EN

Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin üçüncü görüşü Bakıda keçiriləcək

Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 3-cü üçtərəfli görüşü Azərbaycanda keçiriləcək.
Bolgə.TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan və Özbəkistandan olan həmkarları ilə birgə mətbuat konfransında deyib.
H.Fidan Türkiyənin Azərbaycan və Özbəkistanla ikitərəfli münasibətlərinin çox yüksək səviyyədə olduğunu vurğulayıb.
"Bu üçtərəfli iclaslar vasitəsilə biz regionun inkişafına töhfə verəcəyik. Bu formatın növbəti iclasına qardaş Azərbaycan ev sahibliyi edəcək", - o bildirib.

Chosen
8
8
bolge.tv

10Sources