EN

Tofiq Bəhramovun məzarı ziyarət olundu

Bu gün futbol ictimaiyyətinin nümayəndələri Azərbaycanın tanımış hakimi Tofiq Bəhramovun 100 illik yubileyi münasibətilə II Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.
ONN media xəbər verir ki, tədbirə AFFA rəsmiləri, veteran futbolçular və hakimlər qatılıb. Mərhum hakimin məzarı önünə əklil qoyulub.
Milli assosiasiyanın baş katibi Sərxan Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan futbol tarixinin ən məşhur simalarından olan Tofiq Bəhramov karyerası ərzində hakimliyi, meydanda verdiyi qətiyyətli qərarlarla ölkə və dünya futbolu tarixinə adını yazdırıb: "O, gənc hakimlərə, məşqçilərə, futbolçulara və ümumilikdə gənc idmançılara bir nümunədir”.
S.Hacıyev il ərzində T.Bəhramova həsr olunan müxtəlif tədbirlərin keçiriləcəyini də diqqətə çatdırıb:
“Tofiq Bəhramov dünyada bəlkə yeganə futbol hakimlərindən biridir ki, adına iritutumlu stadion var. Bunları nəzərə alaraq, ötən ilin sonlarından AFFA prezidenti Rövşən Nəcəf tərəfindən verilən tapşırıqla 2025-ci ildə Tofiq Bəhramovun adının yad edilməsi məqsədilə müxtəlif silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Onun 100 illiyinə aid xüsusi marka buraxılıb. Müxtəlif tədbirlər də il ərzində keçiriləcək. Həmçinin Azərbaycan Futbol Veteranları İttifaqı tərəfindən müxtəlif tədbirlər keçiriləcək. AFFA olaraq həmin ittifaqa dəstək olacağıq. Ümumi olaraq, Tofiq Bəhramovun adı Azərbaycan futbolu üçün əzizdir. Hər zaman yaşayıb və yaşayacaq”.
Qeyd edək ki, Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdamda anadan olub. O, 26 mart 1993-cü ildə dünyasını dəyişib.
Chosen
7
2
onn.az

2Sources