EN

Dünya maliyyə sisteminin diqqətiABŞ-də - FES siyasət faizini açıqlayacaq

ABŞ Federal Ehtiyat Sistemi (FES) bu gün Bakı vaxtı ilə 23:00-da faiz dərəcələri ilə bağlı qərarını açıqlayacaq.

Teleqraf.com xəbər verir ki, FES-in 2025-ci ilin ilk iclasında mövqeyini dəyişməyərək faiz dərəcələrinin azaldılmasını müvəqqəti dayandıracağı gözlənilir.

ABŞ Mərkəzi Bankı keçən il faiz dərəcələrini ümumilikdə bir faiz bəndi azaltmışdı.

Güclü əmək bazarı Federal Ehtiyat Sisteminə faiz dərəcələrinin azaldılmasını daha ləng həyata keçirmək imkanı verib.

Federal Ehtiyat Sistemi yanvar ayına dair pul siyasəti bəyanatını Vaşinqton vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə 23:00-da) açıqlayacaq, daha sonra FES sədri Cerom Povel mətbuat konfransı keçirəcək.

FES-in faiz dərəcələrini azaltmağı dayandırması çoxdan gözlənilən nəticədir. Povel xüsusilə payızda Mərkəzi Bankın faizləri endirmək üçün “tələsmədiyini” vurğulayıb.

Faiz dərəcələrinin tədricən azaldılmasına dair arqument yüksək borclanma xərclərinə baxmayaraq iqtisadiyyatın dayanıqlı qalmasına əsaslanıb.


Müəllif: Mirvari Əzizova
Chosen
3
8
teleqraf.com

8Sources