EN

709 azərbaycanlı ABŞ-dən deportasiya olunacaq

709

ABŞ-nin Miqrasiya və Gömrük Xidmətinin (ICE) 2024-cü ilin noyabrında tərtib etdiyi deportasiya olunacaq şəxslərin siyahısına 709 Azərbaycan vətəndaşı da daxil edilib.

Bu barədə “Fox News” ICEyə istinadla xəbər yayıb.

Məlumata görə, siyahıya ABŞ-də olan 1,4 milyon qeyri-qanuni mmiqrant daxildir. Ədliyyə Nazirliyinin miqrasiya məhkəməsi tərəfindən onların deportasiyası barədə qərar qəbul edilib. Lakin onlar hələ də ABŞ-dədirlər və həbsdə deyillər.

ABŞ-da ən çox qeyri-qanuni miqrant Braziliya - 38,677; Çin - 37,908; Haiti - 32,363; və Venesueladan (22,749) olub(Report).
Chosen
6
25
reyting.az

10Sources