Fransa nəhəngi PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike parislilərin düşərgəsindəki rəqabət haqda söhbət açıb.
Arena.az PSJ-nin mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz, komandamızın addım-addım irəliləməsini istəyirik. Daha çox imkan və resurslara sahib olmaq istəyirik. Sağlam komanda üçün rəqabət gərəkdir, çünki PSJ daha da yaxşı oynaya bilər. Klubun idman rəhbərliyinin, heyətin və komandanın dəstəyi mənimlədir. Ötən ildən məqsədimiz əla komanda təsis etmək olub”, deyə Luis Enrike vurğulayıb.
Cari mövsümdə keçirdiyi 19 oyunda 47 xal toplamış PSJ Fransa Liqa 1-in yarış cədəvlinin zirvəsində qərarlaşıb. Parislilər ən yaxın təqibçisi Marsel “Olimpik”ini (37 xal) 10 xal qabaqlayırlar.