“İnter” futbolçusu Tomas Palasiosu icarəyə verib.
Futbolpress.az xəbər verir ki, 21 yaşlı müdafiəçi mövsümün sonuna kimi “Montsa”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentinalı futbolçu bu mövsüm 3 oyunda meydana çıxıb.
Palasiosun “transfermarkt”da dəyəri 6 milyon avrodur.