EN

Oskanyan: Paşinyan Ermənistanın ləyaqəti naminə getməlidir

Nikol Paşinyanın Ermənistanın lideri kimi fəaliyyətini milli fəlakətdən başqa bir şey adlandırmaq olmaz.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan "Facebook" səhifəsində yazıb.

O, xüsusilə qeyd edib:

“Paşinyan ölkəni idarə etmək üçün bütün mənəvi və siyasi legitimliyini itirib. Ölkənin varlığı üçün isə onun dərhal uzaqlaşdırılması lazımdır... Paşinyanın dövründə Ermənistan vassal dövlətə çevrilib, daim əlavə ərazi, tarixi, konstitusiya və diplomatik güzəştlərə getməyə məcbur olub. Onun xarici siyasəti qeyri-sabit və intihara meylli idi - müttəfiqləri ilə körpüləri yandırdı və heç bir alternativ təklif etmədi". 

Oskanyan vurğulayıb: "Paşinyanın hakimiyyətdə qalması təkcə siyasi məsələ deyil, həm də milli fövqəladə haldır. Onun rəhbərliyi daim alçaldılma, məğlubiyyət və tənəzzül dövrü idi. O, lider kimi yox, gücdən ümidsizcəsinə yapışan adam kimi idarə edir. Ermənistan artıq onun uğursuzluqlarına dözə bilmir. O, hakimiyyətdə nə qədər çox qalsa, bir o qədər ziyan vurar. Bəhanələrin vaxtı bitdi. Paşinyan Ermənistanın ləyaqəti, təhlükəsizliyi və gələcəyi naminə getməlidir”.


Telegram kanalımız
Chosen
21
50
yenisabah.az

10Sources