EN

Səsvermə haqqında rəsmi məlumatlar reallıqla üst-üstə düşmür

29 yanvar saat 17-yə olan rəsmi məlumata görə, Azərbaycanda bələdiyyə seçkilərində seçicilərin 28,77%-i səs verib. Bu barədə Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Fərid Orucov bildirib. Onun sözlərinə görə, bu, 1 715 291 nəfər deməkdir.

Qeyd edək ki, Bakıdakı seçki məntəqələrində seçkiləri izləyən müstəqil müşahidəçilərin verdiyi məlumata görə, səs verən, demək olar ki, yoxdur və bu, seçicilərin sayının ən az olduğu seçkilərdir.

Seçki məntəqələri saat 19-da bağlanacaq. Seçkilərin baş tutmuş hesab olunması üçün kvorum tələb olunmur.

Chosen
5
46
turan.az

10Sources