Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun çıxış etdiyi Polşanın “Radomyak” klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, bu barədə Ekstraklasa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yanvarın 27-də Türkiyənin “Adanaspor” komandasından ayrılan Abdoul Tapsoba ilə müqavilə imzalanıb.
23 yaşlı oyunçunun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulacaq.