EN

Moskvaya qarşı təzminat və "Əsədi verin!" TƏLƏBİ

Suriyanın yeni hakimiyyət orqanları Rusiya nümayəndə heyətinin Bəşər Əsəd rejiminin devrilməsindən sonra Dəməşqə ilk səfərindən sonra bəyanat yayıb.

Ölkə.Az xəbər verir ki, bəyanatda Moskvanın Suriyada Əsəd rejiminin devrilməsindən sonra davam edən müsbət dəyişiklikləri dəstəklədiyi qeyd olunub.

Dəməşq Moskva ilə münasibətlərin yenidən qurulmasında maraqlı olduğunu bəyan etsə də, qeyd edib ki, keçmiş səhvləri nəzərə almalıdır. 

Bəyanatda eyni zamanda Moskvadan Suriyadakı vətəndaş müharibəsi zamanı Əsədə üsyançılarla mübarizədə kömək edərkən Suriya şəhərlərini bombaladığına görə dəymiş ziyanı ödəməyi tələb edib. Bəyanatda deyilir: “Rusiyanın təzminat, yenidənqurma və reabilitasiya kimi konkret tədbirlər vasitəsilə Suriya xalqına etimadın bərpasında rolu vurğulanıb”.

"Reuters"in məlumatına görə, Suriyanın faktiki lideri Əhməd Şara görüşdə Rusiya nümayəndə heyətindən Əsədin Dəməşqə təhvil verilməsini istəyib. Rusiya tərəfi Şaranın xahişini şərh etməyib.

Mürtəza
Ölkə.Az

Chosen
11
23
olke.az

10Sources