EN

Hindistanda dini bayramda faciə: Ölənlərin sayı 40 nəfərə çatdı

Uttar-Pradeş ştatında festivalda baş verən basabas nəticəsində ölənlərin sayı 40-a çatıb.

KONKRET.az-ın “Reuters”ə istinadla məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarından xəbər verilib.

Qeyd edilir ki, artıq 110 milyondan çox zəvvar Qanq çayında yuyunma mərasimi keçirib.

O da vurğulanır ki, Hindistanda Kumbha-Mela festivalı 12 ildən bir keçirilir. Yanvarın 13-dən başlayan və 45 gün davam edən festival müddətində ümumilikdə 450 milyon nəfərin iştirak edəcəyi gözlənilir.//Oxu.az

Hindistanın Prayaqrac şəhərində Kumbha-Mela dini festivalında faciə baş verib. Belə ki, basabas nəticəsində ən azı 15 nəfər həlak olub, xeyli adam xəsarət alıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

KONKRET.az bildirir ki, bu barədə “Channel News Asia” xəbər yayıb.

Basabas zamanı bir neçə qadın boğulub.

Bu, Uttar-Pradeş ştatında son günlərdə baş verən ikinci hadisədir. Yanvarın 28-də dini bayram zamanı müvəqqəti bambuk səhnənin çökməsi nəticəsində altı nəfər həlak olub, 50 nəfər xəsarət alıb. Platforma yüzlərlə dindarın ağırlığına tab gətirməyərək çöküb, bu isə panika və basabasa səbəb olub.//Oxu.az

Chosen
3
12
konkret.az

10Sources