Ukraynada 7 minə yaxın məhbus Silahlı Qüvvələrin sıralarına qoşulmaq üçün cəza çəkməkdən azad edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Sky News telekanalı məlumat yayıb.
"Həbsxanalardan 6800-ə yaxın cinayətkar silahlı qüvvələrə qoşulmaq üçün azad edilib" – deyə xəbərdə bildirilir.
Telekanalın məlumatına görə, bu rəqəm ötən ilin may ayından - Kiyevin məhbusları Ukrayna Silahlı Qüvvələri sıralarına cəlb etmək kampaniyasını elan etdiyi vaxtdan hesablanır.
Qeyd olunur ki, keçmiş məhkumlar bir il ərzində məzuniyyətsiz döyüşlərdə iştirak etməyə və münaqişə bitənə qədər xidmət etməyə razılıq verərək müqavilə imzalayırlar. Bundan sonra isə onlara şərti cəza veriləcək.
Lalə, BakuPost