Moskvada yerləşən Yeltsin Mərkəzində Rusiyanın birinci Prezidenti Boris Yeltsinin nəvəsi Mariya Yumaşevanın sərgisi açılıb.
Kulis.az xəbər verir ki, "Mənim nənəm - birinci ledi" sərgisində Yeltsinin həyat yoldaşı Nainanın nəvəsi Mariya tərəfindən çəkilmiş fotoşəkilləri nümayiş etdirilib.
Sərginin açılışında 150 qonaq iştirak edib. Fotoların qəhrəmanı, 93 yaşlı Naina özü sərgidə iştirak etməsə də, qonaqlar üçün bişirdiyi peçenyeləri göndərib.