Rusiyanın Kursk şəhərinin Leninski Rayon Məhkəməsi britaniyalı jurnalist Jerom Starkini sərhədi qanunsuz keçdiyi üçün qiyabi həbs edib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb .
"Britaniyanın “The Sun” nəşrinin jurnalisti Jerom StarkiUkrayna qoşunlarını müşayiət edərək, Sudja şəhəri də daxil olmaqla, Rusiya ərazisinə keçib", məlumatda bildirilir .
Bundan əvvəlKursk şəhərinin Leninski rayon məhkəməsi rumın jurnalist Barbu Mirçanın da barəsində qiyabi həbsinə qərarı vermişdi.
Müəllif: Teleqraf.com