İtaliyanın "İnter" klubu futbolçusu Tomas Palasiosu icarəyə verib.
Rekord.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı müdafiəçi mövsümün sonunadək "Montsa"da çıxış edəcək.
Palasios ötən ilin yayında transfer olunduğu "İnter"də cəmi 3 matç keçirib.