EN

Netanyahu verdiyi sözü tutmadı

“Foreign Affairs” jurnalında nəşrin müəlliflərinin fikrincə, İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatını məhv etmək vədinə əməl etməyib və İsrailin Qəzza zolağındakı əməliyyatının məqsədlərinə nail olmayıb.

 

Oxu24.com xəbər verir  ki, nəşrin məqaləsində deyilir ki, həm yaraqlılar, həm də mülki şəxslər arasında böyük itkilərə baxmayaraq, HƏMAS öz hərbi və siyasi potensialını qoruyub saxlayıb.

 

Məqalədə deyilir ki, İsraildə Netanyahunun siyasətindən əhalinin narazılığı artır, çünki onlar anklavda yanvarın 19-da qüvvəyə minən atəşkəs razılaşmasının “Həmas-ın gələcəkdə sağ qalmasına və tezliklə Qəzzaya nəzarəti ələ keçirməsinə imkan verə biləcəyindən” qorxurlar.

 

 

Nigar

 

Chosen
7
oxu24.com

1Sources