EN

UEFA-dan İsrailə imtina

UEFA-nın İsrail futbol yığmaları ilə bağlı qərarı dəyişməyib.

İdman.biz xəbər verir ki, bu ölkənin komandaları ev oyunlarını xaricdə keçirməkdə davam edəcəklər.

İsrail Futbol Federasiyası Avropanın ali futbol qurumu ilə bu istiqamətdə qeyri-rəsmi danışıqlar apardığı xəbərləri yayılmışdı. İsrailin DÇ-2026-nın seçmə matçlarını ölkə ərazisində keçirmək istəyində olduğu bildirilmişdi. Amma UEFA oyunların neytral meydanda keçirilməsi qərarının qüvvədə qalması ilə bağlı rəsmi açıqlama yayıb.

Qeyd edək ki, Qəzza zolağında baş verənlər üzündən UEFA 2023-cü ilin oktyabrında İsrail komandalarının ev oyunlarının başqa ölkədə keçirilməsi ilə bağlı qəraq qəbul edib.

İdman.biz

Chosen
6
idman.biz

1Sources