EN

Seçkilərlə bağlı "qaynar xətt"ə 35-ə yaxın müraciət daxil olub

İlkin təəssürat budur ki, səsvermə seçkilərlə bağlı qanunvericiliyə uyğun keçirilib.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

“Prosesin gedişi məqbul dəyərlədirilə bilər. İdeallıqdan danışmaq o qədər də səmimi olmaz. Səsvermə kifayət qədər şəffaf və ədalətli keçdi”, - o bildirib.

Rövzət Qasımov əlavə edib ki, hələlik heç bir rəsmi və qeyri-rəsmi şikayət daxil olmayıb:

“"Qaynar xətt"ə indiyədək 35-ə yaxın müraciət daxil olub. Əsasən sorğu tipli müraciətlərdir. Məlumatları dəqiqləşdirib müraciət edənlərə məlumat vermişik”.

Chosen
31
10
publika.az

10Sources