Stiven Cerrard Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubunu tərk edəcək.
İdman.biz xəbər verir ki, o, şəxsi səbəblər üzündən bu addımı atacaq.
Artıq müqaviləyə xitam verilməsi istiqamətində işlər aparılır. Cerrard 2023-cü ilin iyulun "Əl-İttifaq"a başçılıq edir. Komanda onun rəhbərliyi ilə 55 matçda 19 qələbə qazanıb, 16 dəfə heç-heçə oynayıb və 20 dəfə uduzub. Komanda bu mövsümdə 17 turdan sonra 19 xalla 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 44 yaşlı ingilis mütəxəssis əvvəllər "Reyncers" və "Aston Villa"ya başçılıq edib.
İdman.biz