EN

Vadim Kuramşın: "Sadəcə sonluğu gətirə bilmədik"

"Əvvəlcə, "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Oyun planlaşdırdığımız kimi getmədi".

İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, basketbol üzrə Azərbaycan kubokunun 1/8 finalında "Neftçi"yə məğlubiyyəti şərh edib: "Prinsip etibarilə, layiqli mübarizə apardıq. Oyunun müəyyən hissəsində "Neftçi" fərqi artırdı və sonadək bu fərq aşağı-yuxarı eyni qaldı. Bizdə rotasiya ilə bağlı problemlər var. Hərçənd rəqibin ehtiyat oyunçular skamyası isə genişdir. Onların heyətində Amil Həmzəyevlə Kamran Məmmədovun çıxış nəticəyə təsir göstərdi. Bizdə də uşaqlar çalışdı, sadəcə sonluğu gətirə bilmədik".

Qeyd edək ki, "Sumqayıt" 90:103 hesabı ilə uduzaraq, kubokda mübarizəni dayandırıb.

İdman.biz

Chosen
6
2
idman.biz

10Sources