EN

İngiltərədən Almaniyaya getdi

Leverkuzen “Bayer”i argentinalı yarımmüdafiəçi Emiliano Buendianı “Aston Villa”dan icarəyə götürdüyünü açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Buendia zədəli Martin Teryeri əvəz etmək üçün Almaniya təmsilçisinə keçib. 28 yaşlı futbolçu Bundesliqa nəhənginə keçidlə bağlı danışıb:

“Bundesliqa məni çox cəlb edir. “Bayer” son çempiondur və fikrimcə, Avropanın ən yaxşı və ən maraqlı komandalarından biridir. Leverkuzen klubunun son aylar Çempionlar Liqasındakı çıxışlarını və həmçinin ötən mövsüm Avropa Liqasındakı oyunlarını gördüm. Bu, cəlbedici futbol oynayan əla komandadır. Əminəm ki, klubun uğuruna töhfə verə bilərəm.”

Buendia cari 2025-ci ilin sonuna qədər “Bayer”in şərəfini qoruyacaq. O, bu mövsüm “Aston Villa”nın heyətində bütün turnirlər daxil 19 oyuna çıxıb və 1 qol vurub.

Chosen
7
futbolpress.az

1Sources