EN

Yeni mövsümün çempionu kim olacaq?

“Formula-1” komandalarından “Haas”ın sabiq rəhbəri Günter Ştayner yeni mövsümdə kimin çempion olacağı ilə bağlı mülahizələrini bölüşüb:

“Çempion titulu uğrunda mübarizədə favoritim? Bolidin məhsuldarlığı baxımından düşünürəm ki, “Maklaren”in pilotlarından kimsə ola bilər. Onlar ötən il çox yaxşı təsir bağışladı. “Maklaren”in çox güclü pilot heyəti var. Həm Oskar Piastri, həm də Lando Norris ötən il böyük özünəinam qazandı, bu da onların yeni mövsümdəki köklənməsinə təsir edəcək. Odu ki, bu uşaqlar mənim favoritlərimdi. Ancaq asan gəzintiyə ümid etməsinlər. Oskar və ya Lando hansısa səhvə yol versə, qətiyyətli olmasalar, yarışı ötən mövsümdəki kimi bitirə biləcəklər. Yəni adı çəkilən pilotlar nəyəsə nail ola biləcəkləri ilə bağlı daha inamlı olmalıdılar”.

"Formula-1" ilə bağlı daha bir yeni xəbər odu ki, pilotlar 2025 mövsümündən etibarən nalayiq ifadələr işlətdiklərinə, həmçinin Beynəlxalq Avtomobil Federasiyasını (FIA) tənqid etdiklərinə görə cərimə və diskvalifikasiya oluna bilərlər. Beynəlxalq İdman Məcəlləsinin yeni versiyasına əlavədə göstərilir ki, "qeyri-qanuni davranış" halında iki il ərzində pilotlar üçün birinci pozuntu 40 min avro cərimə, ikinci pozuntu 80 min avro cərimə və 1 aylıq şərti diskvalifikasiya, üçüncü pozuntu isə 120 min avro cərimə, 1 aylıq kənarlaşdırma və çempionatda xalların ləğvi ilə nəticələnəcək.

Xatırladaq ki, 2025 mövsümünün ilk mərhələsi martda Avstraliyada keçiriləcək.
Chosen
7
50
football-plus.az

10Sources