Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 28-də Bakıda nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, geniş oxucu kütləsinə malik “sputnik-georgia.ru”, “imedinews.ge”, “realnews.ge”, “aktual.ge”, “qafqazturk.com”, “24news.ge” portalları, “1tv.ge”, “imedi TV” televiziya kanalları dövlətimizin başçısının çıxışından materiallar yayıblar.
Materiallarda Bakı-Tbilisi-Qars layihəsinin icrası zamanı ölkəmizin qarşılaşdığı böyük müqavimətlər, Gürcüstana qarşı olan təzyiqlər, eləcə də Zəngəzur dəhlizi, Ermənistan ilə sülh müqaviləsinin taleyi barədə Prezident İlham Əliyevin fikirləri əksini tapıb.