Bu gün kişilərdən ibarət komandalar arasında təşkil olunmuş basketbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün matçları paytaxtdan kənarda baş tutub.
“Gəncə” öz meydanında “Ordu”nu sınağa çəkib. Görüş ev sahiblərinin inamlı qələbəsi ilə başa çatıb. “Ordu” mübarizəni dayandırdığı halda, “Gəncə” 1/4 finalda iştirak hüququ qazanıb.
“Neftçi” isə Sumqayıtda eyniadlı komanda ilə görüşüb. Oyun “ağ-qaralar”ın inamlı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, 1/8 finalın ilk günündə NTD və “Abşeron” komandaları da 1/4 finala vəsiqə qazanmışdılar.
1/4 finalda “Gəncə” “Sərhədçi”yə, “Neftçi” isə “Sabah”a rəqib olub. “Naxçıvan”, “Sabah”, “Sərhədçi” və “Şəki” komandaları isə mübarizəyə birbaşa 1/4 finaldan start verəcəklər.
Qeyd edək ki, 1/4 finalın bütün görüşləri mart ayında Bakı şəhərində oynanılacaq. Növbəti mərhələdə “Gəncə” “Sərhədçi”ni, “Neftçi” “Sabah”ı, NTD “Şəki”ni, “Abşeron” isə “Naxçıvan”ı sınağa çəkəcək.
Azərbaycan kuboku
1/8 final
29 yanvar
“Gəncə” – “Ordu” 81:62 (25:16, 17:20, 21:12, 18:14)
Gəncə İdman Sarayı.
“Sumqayıt” – “Neftçi” – 90:103 (18:24, 18:19, 22:22, 32:38)
Sumqayıt Olimpiya İdman Kompleksi.