EN

Azərbaycanda həyat və qeyri-həyat sığortası bazarı böyüyüb

Ötən il Azərbaycanda həyat sığortası növlərinin hesabına 643,8 milyon manat sığorta haqqı toplanılıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 218,7 milyon manat və ya 51,5% çoxdur. Həmçinin, hesabat dövründə həyat sığortası növlərinin hesabına isə 477,4 milyon manat sığorta ödənişləri həyata keçirilib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 232,8 milyon manat və ya 95,1% çoxdur.

Bundan başqa, ötən il ölkədə qeyri-həyat sığortası növlərinin hesabına 367,5 milyon manat sığorta haqqı toplanılıb. Bundan başqa, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 64,5 milyon manat və ya 21,3% çoxdur.

Eyni zamanda dövr ərzində qeyri-həyat sığortası növlərinin hesabına 135,5 milyon manat sığorta ödənişləri həyata keçirilib ki, bu da illik ifadədə 42,6 milyon manat və ya 45,9% çoxdur.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanda sığorta yığımlarının həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəki göstəricilərlər müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 752,7 milyon manat olub ki, bu da 165,4 milyon manat və ya 28,1% artım deməkdir.
Chosen
4
sherg.az

1Sources