Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçirilib.
Əvvəlcə "Gəncə" "Ordu" kollektivinə 81:62 hesabı ilə qalib gəlib. Ardınca "Neftçi" "Sumqayıt"ı 103:90 hesabı ilə üstələyib. 1/4 finalda "Gəncə" "Sərhədçi"yə, "Neftçi" isə "Sabah"a rəqib olub.
Qeyd edək ki, ötən gün "Abşeron" "Quba"nı (96:94), NTD "Lənkəran"ı (87:73) məğlub edib.
"Naxçıvan", "Sabah", "Sərhədçi" və "Şəki" komandaları mübarizəyə 1/4 finaldan start verəcəklər.
Rəşad Rafiqoğlu, Bizim.Media