\"Gürcü arzusu” komandasının birgə qərarı ilə səlahiyyətlərimizin təsdiqlənməsinə baxmayaraq, bu gündən etibarən Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq.
AZXEBER.COM 1TV-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, hakim \"Gürcü arzusu” partiyasının üzvü Tea Tsulukiani deyib.
Onun sözlərinə görə, nümayəndə heyətinin etimadnaməsi ilə bağlı qeyd-şərtlər seçicilərin əksəriyyətinə və \"Gürcü arzusu” ictimaiyyətinə xəyanət etməyə bərabər olardı.