EN

Prezident Ərdoğan Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli görüşünün iştirakçılarını qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 29-da Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün iştirakçılarını qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan tərəfindən xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov, Özbəkistan tərəfindən xarici işlər naziri Baxtiyor Saidov, investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov və nəqliyyat naziri İlhom Maxkamov iştirak ediblər.

Türkiyə tərəfindən isə görüşə xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat, nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç qatılıb.

Chosen
4
2
xalqqazeti.az

10Sources