Türkiyədə tikintisi tamamlanmamış yaşayış binasının mənzillərindən birində yanğın olub.
hakimiyyet.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Hadisə İzmir vilayətinin Aliağa rayonunda qeydə alınıb.
Qeyd olunur ki, yanğın nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.