Əhməd əl-Şara Suriya Keçid Hökumətinin prezidenti elan edilib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, 4 il müddətinə ölkəni idarə edəcək.
"Suriyada keçid dövründə cənab Əhməd əl-Şaranın Suriya prezidenti kimi andiçmə mərasimini elan edirik. O, Suriya prezidenti vəzifəsini öz üzərinə götürəcək və beynəlxalq səviyyədə ölkəni təmsil edəcək. Biz Suriya prezidentinə keçid dövrü üçün müvəqqəti qanunvericilik şurası yaratmaq səlahiyyəti veririk. O, ölkə üçün daimi konstitusiya təsdiqlənənə qədər öz səlahiyyətlərini icra edəcək", - deyə polkovnik Əbdül Qani açıqlayıb.
Ağarza Elçinoğlu