EN

Əhməd əl-Şaraa Suriyanın prezidenti elan edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suriyanın yeni hakimiyyət orqanlarının lideri Əhməd əl-Şaraa keçid dövründə ölkə prezidenti vəzifəsini icra edəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Hərbi Əməliyyatlar Direktorluğunun (yeni hakimiyyətin rəhbər orqanı) bəyanatında qeyd olunub.
Suriyanın yeni hakimiyyət orqanları 2012-ci ildə qəbul edilmiş konstitusiyanın bütün düzəlişləri ilə birlikdə ləğv edilməsinə qərar verib.
Xatırladaq ki, 2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra prezident Bəşər Əsəd istefa verib və ölkədən qaçıb. Dekabrın 10-da İdlib vilayətində "xilas hökuməti"nə rəhbərlik edən Məhəmməd əl-Bəşir özünü 2025-ci il martın 1-dək fəaliyyət göstərəcək Suriyanın keçid kabinetinin rəhbəri elan edib.
Chosen
16
50
oxu.az

10Sources