İlin 29-cu gününə sözardı
”Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların hamısının, insanların isə, bəzilərinin (!) Allaha səcdə etdiyini görmürsənmi?” “Quran”, “Həcc” surəsi, 18
Elmi-lədun hesablamalarımız göstərir ki, bütün Günəş tutulmaları 29 ədədi altında baş verir.
Yəni, tutulmalarnın tarixini Hicri-qəməri təqviminə çevirsək görərik ki, bir qayda olaraq ayın 29-na düşür. Bu ədədin mənasını şərh etməzdən öncə, tərtib etdiyimiz cədvəli diqqətinizə çatdırırıq:
(Bax: aşağıdakı cədvələ)
Bugünkü Günəş tutulmasının bizə ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, 29 ədədinin hikmətinə nəzər salaq.
Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinə işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir.
Yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir.
Diqqətinizi daha bir məqama yönəldək ki, “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar.
Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. Tutulmanın 29 ədədi altında baş verməsi artıq Yer əhlinə qiyamətin kodlaşdırılmış xəbərdarlıq kimi qəbul edilməlidir. Yəni, az vaxtda insanları əsarətdə saxlayan mafiya tipli dövlətlərin (yaxud, dövlət tipli mafiyaların) dağılacağını xəbər verir.
Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir.
69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır.
Bu fakt onu göstərir ki, 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanırlar.
Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır).
Qeyd edək ki, 29 ədədi həm də, Yerin insan yaşayan (quru) hissəsinə işarədir.
29 x 69 = 2001
Gördüyümüz kimi bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir.
Xatırladaq ki, 21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan bu ədəd “Quran”da elm, kamillik və peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun hesablamalarımıza görə elm əsri olan 21-ci əsr başlayandan bəri bəşəriyyət kamillik dövrünə doğru irəliləməyə başlayıb. Bu özünü onunla büruzə verir ki, cəmiyyətdə kamilliyin son həddində olan insanlar görünməyə (tanınmağa) başlayıblar və onlar cəmiyyətə İlahi mesajlar ötürürlər...
Günəş tutulmalarının 29 ədədi altında baş verməsi ilə Yaradan yolun azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, və onları yönətənlərə xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə zülm etməkdən, əziyyət verməkdən çəkinsinlər. Əks halda xalqları və onların zalım rəhbərlərini ağlasığmaz bəlalar gözləyir...
Bu və digər hesablamalarımız göstərir ki, bütün astronomik xəbərdarlıqlardan sonra Yerdə fəlakətlər (bəlalar) baş verir. Bildiyim qədər bu bəlalardan cəmi 29 faiz (əməlisaleh) insan qurtula biləcəkdir.
Bunu nəzərə alıb, insanlar günahlardan çəkinməli, məmurlar zülmə son qoymalıdırlar. Əks halda tez bir zamanda zülmə rəvac verənlər ciddi cəzalanacaqlar...
"And olsun ki Allah bunları hesalamış və təkrar-təkrar saymışdır" Quran, 19:84
Paşa Yaqub,
Həkim, elmi-lədun bilicisi