EN

Vapers xəstəliyi: Elektron siqaret insanlara necə zərərlidir..?

...Bu gün Rusiyada bütün mühüm orqanların nümayəndələri - Səhiyyə Nazirliyi, Dövlət Duması və Rospotrebnadzor həyəcan təbili çalır: vapların və elektron siqaretlərin populyarlığı hətta onların qiymətlərinin artımını nəzərə alsaq da azalmır. Qanunun köməyi ilə vəziyyəti necə düzəltmək olar?

İndi Rusiya hakimiyyəti təhlükəli EVALI xəstəliyi ilə əlaqəli olduğu üçün Rusiyada vapların tamamilə qadağan edilməsi üçün qanun layihəsi hazırlayır.

Bu arada həkim “vaper xəstəliyinin” əslində insanlar üçün hansı təhlükə yaratdığını açıqlayıb.

Elektron siqaret və vaping məhsulunun istifadəsi ilə əlaqəli ağciyər zədəsi mənasını verən EVALI, elektron siqaret və siqaretlərin istifadəsi nəticəsində yaranan kəskin ağciyər zədəsidir.

Xəstəlik siqaret çəkməyin müddətindən və intensivliyindən asılı olmayaraq insanda baş verə bilər.

...Müasir cəmiyyətin xəstəliyi çox ağır ola bilər. Bəzi hallarda xəstələr stasionar müalicə tələb edirlər - xəstəxanaya yerləşdirmə qaçılmazdır.

Qeyd etmək lazımdır ki, xəstəliyin simptomları qismən koronavirusun simptomlarına bənzəyir.

...Həmçinin sizdə yüksək hərarət, öskürək və qanda oksigen səviyyəsinin azalması müşahidə oluna bilər.

Bunu deyən mütəxəssis xəstəliyin hələ də kifayət qədər öyrənilmədiyini vurğulayıb. Bununla belə, xəstəlik və vapinq arasında birbaşa əlaqə hələ qurulmayıb.

...Xəstəlik təkcə Rusiyada deyil, həm də xarici ölkələrdən olan mütəxxəsislər tərəfindən də öyrənilib. Amma bu günə qədər bu xəstəliyə hansı maddələrin səbəb olduğu müəyyən edilməyib.

Qeyd etmək vacibdir ki, ağır zəhərlənmələr baş versə də, hələlik bütün dünyada EVALI-dan ölüm halları qeydə alınmamışdır.

Nazlı Almuradova

Chosen
7
sia.az

1Sources