EN

Əqsa tufanı 76 illik İsrail əfsanəsinə son qoydu- HƏMAS

Həmas Rəhbərlik Şurasının sədri Məhəmməd Dərviş Əl-Əqsa tufanı adlanan hücumun "76 illik İsrail əfsanəsinə son qoyduğunu və Fələstin məsələsini yenidən dünya gündəminə gətirdiyini" deyib.

Sitat.info xəbər verir ki, o, İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra azadlığa buraxılan və xaricə göndərilən fələstinlilər üçün Qahirədə keçirilən qarşılanma mərasimində danışıb: "5 aydır didərgin düşməsinə, evsizliyə, fəlakətlərə və tonlarla bombaların yağdırılmasına baxmayaraq, fələstinlilərin qəhrəmanlığı, Fələstin xalqını zəfər və azadlığa qovuşduran Qəssam Briqadaları Fələstin xalqının böyük mübarizəsinin rəmzidir"

Dərvişin sözlərinə görə, bu hadisələr İsrailin fələstinlilərin əzmini və inamını qıra bilməyəcəyini sübut edib:  "Oktyabrın 7-də işğalçı İsrail sistemi 1 saat ərzində çökəndə İsrailin gücünün zəifliyi üzə çıxdı. İsrail ABŞ-ın dəstəyi ilə ayaqdadır".

Əl-Əqsa tufanı hücumları 76 illik İsrail əfsanəsinə son qoydu. Fələstinin dünyanın bir nömrəli probleminə çevrildi və müharibə Fələstin məsələsini qlobal səviyyədə yenidən gündəmə gətirdi - Məhəmməd Dərviş əlavə edib. 

Məğrur,

Sitat.info

Chosen
6
sitat.info

1Sources